Rusiya-Ukrayna müharibəsindən çıxış strategiyası yoxdur Mask
Amerikalı sahibkar İlon Mask ABŞ Nümayəndələr Palatasının Ukraynaya yardımı təsdiqləməsinə münasibət bildirib.
Demedia.az xəbər verir ki, milyarder Rusiya-Ukrayna müharibəsindən çıxış üçün strategiyanın olmamasından narahatlığını ifadə edib.
“Ən böyük qorxum ondan ibarətdir ki, heç bir çıxış strategiyası yoxdur, sadəcə olaraq, uşaqların səngərdə artilleriya və pulemyot atəşindən və ya minalanmış sahələrdəki snayper güllələrindən öldüyü sonsuz müharibədir”, – Mask sosial şəbəkədə yazıb.
İş adamı bu formada amerikalı milyarder Devid Saksın Nümayəndələr Palatasının qərarı ilə bağlı paylaşımını şərh edib. Saksa görə, “Ukrayna üçün qurtarıcı kimi qəbul edilən yeni maliyyə layihəsi yay əks-hücumunun tam yarısını ödəyəcək”.