Ərdoğanın İraqa səfəri zamanı 30-a yaxın müqavilə imzalanacaq



 15:31 21.04.2024     491

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa gözlənilən səfəri zamanı 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır.

Bu barədə Demedia.az “Hürriyyət” qəzetinə istinadən xəbər verir.

Qeyd edilir ki, ən mühüm razılaşmalar Şimali İraqın terrorçu PKK-dan təmizlənməsi üzrə birgə səylərə aid olacaq.