Litva və Polşa birgə hərbi təlimlərə başladı



 18:45 21.04.2024     260

Litva və Polşa hərbçiləri NATO müttəfiqlərinin iştirakı ilə Suvalki dəhlizi adlanan ərazidə təlimlər keçirir.

Demedia.az xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.

Təlimlərdə Samogitiya motoatıcı briqadası və müttəfiq birləşmələrdən 1,5 min hərbi qulluqçu, həmçinin 200-ə yaxın hərbi texnika iştirak edir.

Təlimlərə ABŞ və Portuqaliya hərbçiləri də qatılacaq.