NATO-nun Ukraynaya hərbçilər göndərmək planı yoxdur



 12:16 22.04.2024     259

“NATO Ukraynaya hərbçilər göndərməyi planlaşdırmır, lakin orada hərbi məsləhətçilər mövcuddur”.

Demedia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “MSNBC” telekanalına müsahibəsində bildirib.

“Ukraynada NATO-nun döyüş qüvvələrinin olması ilə bağlı heç bir plan yoxdur. Amma təbii ki, bir sıra NATO ölkələrinin Kiyevdəki səfirliklərində məsləhətlər verən uniformalı öz adamları var”, - o deyib.

Stoltenberq vurğulayıb ki, ABŞ və NATO üçün Ukraynaya silah tədarük etmək xeyriyyə deyil, öz təhlükəsizliyinə sərmayədir.