Ramzan Kadırovun qızı medalla təltif edilib



 14:12 22.04.2024     234

Çeçenistan rəhbəri Ramzan Kadırovun 19 yaşlı qızı Təbarik Kadırova “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı alıb.

Demedia.az-ın “Kommersant”a istinadən verdiyi xəbərə görə, mükafatı Çeçenistan meriyası, Çeçenistan rəhbəri və hökuməti administrasiyası rəhbərinin birinci müavini və qızın bacısı Xədicat Kadırova elan ediblər.

Onun sözlərinə görə, bacısı sahibkarlığın inkişafına və regionun investisiya cəlbediciliyinə töhfəsinə görə mükafatlandırılıb.

“Tabarikin işə innovativ yanaşması sayəsində Çeçenistanda kiçik və orta biznesin vəziyyəti yaxşılaşır”.

Ötən il Ramzan Kadırovun 15 yaşlı oğlu Adam da bir sıra mükafatlara layiq görülüb.