Almaniyada 1970-ci illərdə tikilən panel evlər memarlıq abidələri kimi tanınıb



 14:48 22.04.2024     279

Almaniyada sosializm dövründə tikilmiş panel evlər memarlıq abidələri kimi tanınıb.

Demedia.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Qeyd olunub ki, söhbət 1970-ci ildə ADR-də hazırlanmış və 1973-cü ildə tikintisinə başlanmış Wohnungsbauserie 70 (WBS 70) panel evlərindən gedir.

Belə ki, 1990-cı ilə qədər Şərqi Almaniyada 1,3 milyona yaxın belə mənzil istifadəyə verilib.

Onların bir çoxu sonradan sökülüb, lakin ölkədə orijinal 70 ev qalıb.

Leypsiq abidələrini mühafizə xidmətinin rəhbəri Klaus Yeştedt əlavə edib ki, Rostok, Drezden, Qer, Halle və Bernauda bütün panel məhəllələri abidə kimi tanınıb.