Alimlər iqlim dəyişikliyinin qlobal iqtisadiyyata zərərini hesablayıblar
Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər.
Demedia.az-ın məlumatına görə, araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunub.
Qeyd olunub ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər.
İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanıb. Əsas təhlükə təbii fəlakətlərin - meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir.
Materialda həmçinin Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən ən ciddi problemlərlə üzləşəcəyi bildirilib.