İran Ermənistana bir daha xəbərdarlıq etdi: Xarici qoşunların...



 15:15 22.04.2024     181

İran həmişə vurğulayıb ki, xarici qoşunların Cənubi Qafqaza yeridilməsi təhlükəsizlik və sabitliyin bərqərar olmasına, region xalqlarının maraqlarının təmin olunmasına kömək etmir.

Demedia.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Tehranda İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazın təhlükəsizliyi İranın ən mühüm prioritetlərindən biridir. O əlavə edib ki, Cənubi Qafqazın təhlükəsizliyi bütün regionun təhlükəsizliyinə təsir edir.

Kənani bəyan edib ki, İranın strategiyası mövcud mexanizmlərdən istifadə edərək fikir ayrılıqlarını həll etmək və Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün danışıqlar və çoxtərəfli dialoq aparmaqdır: “Cənubi Qafqazda militarizmin artırılmasına yönəlmiş istənilən yanaşma regionda təhlükəsizlik vəziyyətini çətinləşdirəcək və regionda sülh prosesinə zərər verəcək və İran bunu qəbul etməyəcək. Region ölkələri regionda vəziyyəti çətinləşdirəcək mexanizmlər yaratmaq istəmir”.