Zelenski yardımın ayrılmasına görə Britaniyaya təşəkkür edib
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniya baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Demedia.az xəbər verir ki, V.Zelenski bu barədə "Teleqram"da yazıb.
O bildirib ki, bu gün Böyük Britaniyanın Baş naziri Rişi Sunakla danışıb: “Baş nazir mənə yarım milyard funt sterlinqlinq həcmdə müdafiə dəstəyi paketinin ayrılması barədə məlumat verdi. “Storm Shadow” və digər növ raketlər, yüzlərlə zirehli texnika və su gəmisi, döyüş sursatları – bütün bunlar Ukraynaya döyüş meydanında həqiqətən lazımdır”.
V.Zelenski buna görə R.Sunaka təşəkkür edib: “Mən Böyük Britaniyaya və şəxsən Baş nazirə bu cür güclü dəstəyə, eləcə də müdafiə sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyə, xüsusən də dəniz və uzaqmənzilli imkanlara diqqət yetirməyə hazır olduqlarına görə minnətdaram. Biz həmçinin Rusiyanın aktivlərinin müsadirəsi üçün effektiv modelin yaradılması zərurətini müzakirə etdik və İsveçrədə keçiriləcək Sülh Sammiti və Böyük Britaniyada keçiriləcək Avropa Siyasi Birliyinin Sammitindən gözləntiləri bölüşdük”.