Şoyqu: Ukrayna ordusunun itkiləri təxminən 500 minə çatıb



 16:21 23.04.2024     374

Müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin (SQ) itkiləri artıq yarım milyona çatıb.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.

S.Şoyqu qeyd edib ki, 2024-cü ildə yeni nəsil “S-500” zenit-raket kompleksinin ilk nümunələri qoşunlara daxil olacaq: “Hərbçilər onları iki modifikasiyada alacaqlar: uzaqmənzilli zenit-raket kompleksləri və raketdən müdafiə sistemləri”.//Report