"Hizbullah"ın iki komandirini öldürüldü



 18:31 23.04.2024     420

İsrail Müdafiə Ordusu Livanda “Hizbullah”ın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandirlərindən biri olan Xasin Əli Azkulu və qruplaşmanın “Raduan” xüsusi təyinatlı dəstəsi komandirlərindən sayılan Məhəmməd Xəlil Atiyanı öldürdüklərini təsdiqləyib.

Demedia.az xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, Xasin Əli Azkul İsrail sərhədindən 35 km aralı, Tir şəhərinin şimalında Əbu əl-Asuad və Adlun arasında avtomobildə gedərkən PUA-dan atılan raketlə vurulub.

Məhəmməd Xəlil Atiya isə aprelin 23-də İsrail sərhədindən 15-20 km aralı Arzun rayonunun şərqində Zrifa kəndində Müdafiə Ordusunun aviazərbəsi nəticəsində ölüb.

Məlumata görə, HƏMAS-İsrail müharibəsi başlayandan (7 oktyabr 2023-cü il) “Hizbullah”ın 288 döyüşçüsü və komandiri öldürülüb.