Ukraynadan DƏHŞƏTLİ AÇIQLAMA: 198 uşaq...
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 198 uşaq ölüb, 355 uşaq güllə və qəlpə yarası alıb”.
Demedia.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Müharibə başlayandan indiyədək 548 uşaq xəsarət alıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.
Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 014 təhsil müəssisəsinə ziyan dəyib, 91-i tamamilə dağılıb.