Rusiyada bir neçə general SAXLANILDI
Kremlin güc strukturları ilə uzun illər yaxından işləmiş rusiyalı hərbi jurnalst Andrey Soldatov sensasion iddia irəli sürüb.
Demedia.az xəbər verir ki, Soldatov “Spetsefir” kanalının canlı yayımı zamanı Kremldən bəzi vacib məlumatların sızdığını bildirib.
“Ukraynadakı hərbi əməliyyat Kremlin planına əsasən ən geci bir aya Rusiyanın tam qələbəsi ilə bitməli idi. Lakin hadisələr Putinin planı üzrə getmədi və o, Kremldə satqın ovuna başladı. İlk zərbə Rusiya Federasiyası Federat Təhlükəsizlik Xidmətinin (FSB) tərkibində fəaliyyət göstərən gizli kəşviyyat qurumunun yüksək rütbəli generallarına dəydi. Belə ki, general Sergey Besedanın hazırda ev dustaqlığında olduğu bildirilir. Məlumata əsasən general Beseda Putina döyüşlərlə bağlı səhv məlumatlar verilməsində iddiham olunur”, - deyə o qeyd edib.
Həmçinin Soldatov qeyd edib ki, daha bir neçə rus generalın hazırda sorğuda olduğu baradə məlumatlar da mövcuddur.//Axar.az