“Rusiya və Çin iqtisadi münasibətlərdə dollardan imtina edib” - Lavrov
“Rusiya və Çin ikitərəfli iqtisadi münasibətlərdə dollardan demək olar ki, imtina ediblər”.
Demedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov federal idarələrin rəhbərləri ilə keçirdiyi görüşdə bəyan edib.
Nazir bildirib ki, Moskva və Pekin ticarət-iqtisadi münasibətlərdə qarşılıqlı ödənişlərin 90 faizindən çoxunu milli valyuta ilə həyata keçirir:
“Rusiya və Çin arasında ticarət-iqtisadi əməkdaşlıq Qərbin maneələrinə baxmayaraq fəal inkişaf edir. Energetika sahəsində əməkdaşlıq davamlı şəkildə inkişaf edir. Kənd təsərrüfatı məhsullarımızın Çin bazarına tədarükü artır. İnvestisiya və sənaye sahələrində birgə layihələr həyata keçirilir. Bu əməkdaşlığın qarşılıqlı faydaları hər iki tərəfdə aydın şəkildə hiss olunur”.