ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək



 14:40 25.04.2024     505

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bunu Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İslam Respublikasına qarşı əlavə qadağalar qoymağı nəzərdə tutan layihə Konqresə göndərilib. Məqsəd Tehrana təzyiqləri gücləndirməkdir.

C.Sallivan deyib ki, indi vəziyyət əvvəlkilərdən fərqlənir. O, İranın İsrailə 300 dronla hücumunu “həyasızlıq və görünməmiş hücum” adlandırıb, G7-liyin də bu hadisə ilə bağlı Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyinə inandıqlarını söyləyib: “İran daha çox təzyiq və sanksiyalara məruz qalmalıdır”./Report