Moskva Alen Simonyanın anti-Rusiya ritorikasına münasibət bildirib
Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıq-aşkar Rusiya əleyhinə səsləndirdiyi bəyanatlara prinsipial qiymət verilməsi xahişi ilə Ermənistan parlamentarilərinə müraciət göndərilib.
Demedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “NEWS.ru”nun Ukrayna münaqişəsi ilə bağlı İrəvanın ritorikasının dəyişməsini Moskvanın necə qiymətləndirdiyi ilə bağlı sualını cavablandırarkən deyib.
Zaxarova qeyd edib ki, bununla bağlı Federasiya Şurasının sədri Valentina Matviyenko və Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bəyanatlarla çıxış ediblər: "Biz həmkarlarımızın qeyd etdiyi bu qiymətləndirmələrlə tam razıyıq”.