Yunanıstan Ukraynaya “Patriot” sistemlərini verməkdən imtina etdi
Yunanıstan Ukraynaya nə S-300, nə də “Patriot” vermək niyyətindədir.
Demedia.az xəbər verir ki, bunu ölkənin Baş naziri Kiriakos Mitsotakis “Iefimerida”ya müsahibəsində deyib.
Siyasətçinin sözlərinə görə, Yunanıstana bu silahlar barədə sorğu göndərilib və yetkililər onları niyə verə bilmədiklərini izah ediblər:
“Yunanıstan Ukraynanı müxtəlif yollarla, müdafiə materialları ilə dəstəkləyib. Lakin biz ilk andan dedik ki, bizim çəkindirmə imkanlarımız üçün kritik olan silah sistemlərindən vaz keçə bilmərik.
Bizim Ukraynaya dəstək verə biləcəyimiz artıq material var, biz bunu etdik və hesab edirəm ki, bu, düzgün seçimdir. Əgər belə material tapa bilsək, bunu davam etdirəcəyik. Ancaq qeyd etdiyiniz hava hücumundan müdafiə sistemləri Yunanıstanın hava məkanını qorumaq üçün vacibdir və Ukraynaya verilməyəcək”.