Ukrayna kəşfiyyatı Moskvada Rusiyanın hərbi helikopterini yandırıb
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin əməkdaşları Moskvada Ostafevo beynəlxalq aerodromunda Rusiya Müdafiə Nazirliyinə məxsus çoxməqsədli “Ka-32” markalı helikopterini yandırıb.
Bu barədə Ukraynanın xüsusi xidmət orqanından bildirilib .
Məlumata görə, helikopterdən Rusiya ordusunun maddi-texniki təchizatının təmin edilməsi və təxliyə əməliyyatları zamanı istifadə edilib.//Report