Rusiya ABŞ-a nota verdi



 18:29 15.04.2022     1419

Rəsmi Moskva Vaşinqtona nota göndərib və NATO-nun Kiyevə silah tədarükünün Ukraynadakı vəziyyəti gərginləşdirdiyini, gözlənilməz nəticələrə səbəb olacağı xəbərdarlığını edib.

Demedia.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, iddia edilən nota ABŞ-ın Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım elanı fonunda göndərilib. Sənəd Rusiyanın Vaşinqtondakı səfirliyi tərəfindən Dövlət Departamentinə təhvil verilib.

“Biz ABŞ və onun müttəfiqlərini regional və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələrə səbəb olan Ukraynanın məsuliyyətsiz hərbiləşdirilməsini dayandırmağa çağırırıq”, - qəzet notadan sitat gətirib.

Qeyd edək ki, Dövlət Departamenti hələlik bu məlumatı şərh etməyib.