Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib



 10:24 28.04.2024     296

Moskvanın Basmannı məhkəməsi Rusiya müdafiə nazirinin eks müavini Timur İvanovun tabeliyində olmuş Anton Filatov barəsində həbs qətimkan tədbiri seçib.

Demedia.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Anton Filatov xüsusilə böyük miqyasda mənimsəmədə şübhəli bilinir.

Qeyd edək ki, 2016-cı ildən 2019-cu ilə qədər olan dövr üçün açıqlanan bəyannamələr rüşvətxorluqda ittiham olunan müdafiə nazirinin müavini Timur İvanovun sərvətini üzə çıxarıb.

Bu müddət ərzində o, həyat yoldaşı ilə 1,5 min kvadratmetrdən çox sahəsi olan bir ev, nadir bir limuzin və bir neçə bahalı avtomobil əldə edib. İndi İvanov külli miqdarda rüşvət almaqda ittiham olunur.