İrakli Qaribaşvili: Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
Qərbin Gürcüstanın “Xarici agentlər haqqında” qanun qəbul etməklə Avropa yolundan dönəcəyi ilə bağlı narahatlıqları əsassızdır.
Demedia.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili bildirib.
“Dostlarımız və tərəfdaşlarımızla dialoqu davam etdirmək vacibdir. Biz amerikalı və avropalı dostlarımızı inandırmalıyıq ki, Gürcüstan qeyri-adi heç nə etmir və Avropa yolundan dönmək niyyətində deyil. Tənqidlər səslənir ki, guya Gürcüstan Avropaya inteqrasiya və ya demokratiya yolundan dönəcək. Təbii ki, bunlar təkcə şişirdilmiş deyil, həm də əsassız iddialardır”, - o vurğulayıb.
Qaribaşvilinin sözlərinə görə, Gürcüstanın xarici siyasət kursuna konstitusiya səviyyəsində zəmanət verilir və bu vektorun dəyişməsi istisna olunur.