Burkina-Fasoda Fransanın daha bir telekanalının yayımı dayandırılıb
Burkina-Faso hakimiyyəti Fransanın “TV5Monde” telekanalının və Almaniyanın “Deutsche Welle” teleradio şirkətinin, həmçinin “Guardian” və “Monde” qəzetlərinin yayımını dayandırıb.
Demedia.az xəbər verir ki, ölkənin Ali Kommunikasiya Şurası bir neçə beynəlxalq medianın (bəziləri qeyri-müəyyən müddətə) yayımını dayandırıb.
Sərəncamda göstərilənlər arasında Fransanın "Le Monde" qəzeti, Britaniyanın "The Guardian" nəşri, Almaniyanın" Deutsche Welle teleradio şirkəti və Fransanın "TV5 Monde" teleşirkəti də var.
2023-cü ilin yanvarında Burkina-Faso Fransa ilə Respublika qoşunlarının Afrika ölkəsində olmasını nəzərdə tutan müqaviləni pozub. Fransa Xarici İşlər Nazirliyinin nümayəndələri keçmiş metropoliyanın qoşunlarının Burkina-Fasonu bir ay ərzində tərk edəcəyini bildiriblər.
Elə həmin ilin mart ayında Burkina-Faso hakimiyyəti ölkədə “France 24” telekanalının yayımını qadağan edib.