“Kurtaran-2024” hərbi təlimləri başa çatıb
Türkiyənin Marmaris şəhərində Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Kurtaran-2024” hərbi təlimləri başa çatıb.
Demedia.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, təlimlərdə Türkiyə və Azərbaycanla yanaşı, ABŞ, Banqladeş, Bəhreyn, Bolqarıstan, Braziliya, Mərakeş, Misir, Malayziya, Mozambik, Pakistan, Səudiyyə Ərəbistanı, Tailand və Oman iştirak edib.
Manevrlər aprelin 24-də başlayıb və 6 gün davam edib.
Təlimlərdə Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsinin şəxsi heyətləri iştirak ediblər.
Hazırlıqlar çərçivəsində müxtəlif manevrlər icra edilib.
Eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi aparılıb.