Yunan nazirdən Türkiyə AÇIQLAMASI: “Bu, çox risklidir@
NATO-da Türkiyə əleyhinə danışmaq üçün doğru zaman deyil.
Demedia.az xəbər verir ki, bunu Yunanıstanın müdafiə naziri Nikos Panaqiotopulos deyib.
“Rusiyanın Ukraynaya müdaxiləsindən bəri NATO Türkiyənin rus istehsalı S-400 zenit raket kompleks sistemlərini satın almaq kimi bəzi məsələləri görməzdən gəlir. Alyans nə edəcəyini özü bilir. Təbii ki, biz öz etirazlarımızı, çəkindiyimiz məsələləri müdafiə etməyə davam edəcəyik. Bununla belə, NATO-dakı mövcud ab-havanı da unutmaq olmaz. Baş verənlər NATO daxilindəki bir çox müttəfiqlərin Türkiyəyə baxışını dəyişdi. Hazırda İttifaqda Türkiyə əleyhinə danışmaq üçün doğru zaman deyil. İstər xoşumuza gəlsin, istərsə də gəlməsin. Müttəfiqlər Türkiyənin NATO-ya bağlılığını təminat altına almaq istəyir”, - nazir bildirib.