Consona qarşı SANKSİYA: Rusiyanın istəyi...



 15:01 16.04.2022     551

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Baş naziri Boris Consona, hökumət üzvlərinə və keçmiş Baş nazir Tereza Meyə sanksiya tətbiq edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.

Sanksiya siyahısında Britaniya xarici işlər naziri Liz Trass və müdafiə naziri Ben Uollesin də adı var.

Nazirlik Britaniya hökumətinin Rusiyaya qarşı sanksiya çağırışlarını qəbuledilməz adlandırıb.

Qərara əsasən, Conson və Trassın Rusiyaya girişinə qadağa qoyulub.