İran ABŞ-nin 5 şirkətinə sanksiya tətbiq edib
İran ABŞ-nin beş şirkəti və yeddi fiziki şəxsinə İsrailin Qəzza zolağında əməliyyatını dəstəklədiyi üçün sanksiya tətbiq edib.
Demedia.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, sanksiya tətbiq edilən şirkətlər siyahısında “Lockheed Martin”, “Chevron” və “General Dynamics” də var.