Zelenskidən ŞOK AÇIQLAMA: “Bu, danışıqlara son qoyacaq”



 19:39 16.04.2022     426

“Əgər Rusiya ordusu Mariupolu müdafiə edən Ukrayna hərbçilərini öldürərsə, o zaman gələcək sülh danışıqları qeyri-mümkün olacaq”.

Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrainskaya Pravda” portalına müsahibəsində deyib.

“Mariupol on Borodyanka kimi ola bilər və mən demək istəyirəm ki, bizim hərbçilərimizin öldürülməsi bütün danışıqlara son qoyacaq. Çünki biz ərazilərimizi və insanlarımızı alver predmetinə çevirmirik. Borodyanka nə qədər çox olsa, bir o qədər çətin olacaq”, - Zelenski bildirib.

Zelenski deyib ki, Rusiya ilə Mariupolla bağlı danışıqlar davam edir, baxmayaraq ki, artıq danışıqlar aparan tərəflərə etimad yoxdur. Belə ki, Ukrayna yaralıları, qadınları və uşaqları götürmək üçün atəşkəs istəyir, lakin bu, Rusiyanın iradəsindən asılıdır.

“Xalqımıza təslim olmağı təklif edirlər. Orada bizim hərbçilərimizə başqa cür yanaşırlar. Siz də bunu çox yaxşı bilirsiniz”.