Ermənistanda Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciət MTX-ya göndərilib



 18:31 03.05.2024     386

Ermənistan baş prokurorluğu baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müraciəti Milli Təhlükəsizlik Xidmətinə (MTX) göndərib.

Demedia.az xəbər verir ki, bunu baş prokuror Anna Vardapetyan parlamentdə bildirib.

“Bir sıra mülkiyyət sənədlərinin yoxlanılması və s. müraciətlər MTX-ya göndərilib. Yoxlamadan sonra cinayət işinin açılması məsələsi müzakirə olunacaq”, - o bildirib.