Türkiyə ordusunun hərbçisi şəhid olub



 13:45 04.05.2024     271

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ötən gün ''Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanaraq xəstəxanaya yerləşdirilib. O, bu gün şəhid olub.