Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir
Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.
Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: “Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblər ki, Ukraynadakı Rusiya qüvvələri son aylarda əhəmiyyətli dərəcədə artmayıb, lakin Rusiya ordusu ümumilikdə döyüş keyfiyyətlərini yaxşılaşdırmaqda davam edir”.