İranın 23 əyalətini su basıb
Son bir neçə gündə İranın 23 əyaləti, o cümlədən Buşəhr, Rəzəvi Xorasan, Cənubi Xorasan, Semnan, Fars, Kirman, Hörmüzqan, Çaharmahal və Bəxtiyari, İsfahan və Yəzd daşqınlardan zərər çəkib.
Demedia.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, İranın Qızıl Aypara Cəmiyyəti 23 əyalətdə daşqınlardan əziyyət çəkən 5022 nəfərə yardım göstərib.
Qurum rəsmisi Babək Mahmudinin sözlərinə görə, bu gün səhərdən 777 xilasedicidən ibarət 219 xilasedici komanda daşqınlardan əziyyət çəkənlərə kömək məqsədilə 137 xilasetmə əməliyyatı həyata keçirib.
Mahmudi bildirib ki, bu müddət ərzində xilasetmə qrupları 153 nəfəri təcili mənzillə təmin edib, daha 224 nəfəri təhlükəsiz əraziyə çatdırıb və 186 yaşayış binasından suyu təmizləyib.