ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu - Şok



 20:02 05.05.2024     324

ABŞ qüvvələri çobanı Əl-Qaidənin yüksək rütbəli məmuru ilə səhv salaraq, pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində öldürüb.

Demedia.az xəbər verir ki, bu barədə “Vaşinqton Post”un araşdırmasında deyilib.

ABŞ Mərkəzi Komandanlığının insidentdən təxminən bir il sonra verdiyi açıqlamada, "3 may 2023-cü ildə ABŞ Suriyanın şimal-qərbində Əl-Qaidənin yüksək rütbəli liderini hədəf alan birtərəfli antiterror hava hücumu həyata keçirdi" deyilib.

İstintaq ABŞ ordusunun Əl-Qaidə hədəfini səhv müəyyən etdiyini və onun əvəzinə mülki vətəndaşın, Lüfti Həsən Mastonun vurularaq öldürüldüyünü təsdiqləyib.

Öldürülən çoban 56 yaşında olub və Suriyanın Qorkanya şəhərində yaşayırmış. Öldüyü gün ABŞ-ın “Predator” pilotsuz təyyarəsi onu izləyib və evinin arxasına düşən “Hellfire” raketi ilə vurub.

“Vaşinqton Post” yazıb ki, hədəfin kim olduğu və ya yanlış istiqamətləndirilmiş zərbəyə görə kiminsə cavabdeh olub-olmayacağı hələ də bəlli deyil.//Publika.az