Hindistan Rusiyadan helikopter alınmasını təxirə salıb



 12:58 17.04.2022     279

Hindistan Hərbi Hava Qüvvələri “Make in India” milli proqramına dəstək olaraq Rusiyadan 48 ədəd Mi-17V5 helikopterinin alınmasını təxirə salıb.

Demedia.az xəbər verir ki, bu barədə “ANI” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Razılaşmaya xitam verilməsi barədə qərarı Hərbi Hava Qüvvələrinin yerli orta qaldırıcı helikopterlərin istehsal proqramını dəstəkləmək niyyəti ilə əlaqədar qəbul edilib. Mənbələr qeyd edib ki, sövdələşmənin ləğvi barədə qərar Rusiyanın Ukraynaya hərbi hücumu başlamazdan xeyli əvvəl verilib.

Qeyd edək ki, təxminən 10 il əvvəl Hindistan Rusiya ilə 80 ədəd Mi-17V5 helikopterinin alınmasına dair müqavilə imzalayıb.