Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq



 14:47 08.05.2024     242

Avstriya NATO-ya üzv olmayacaq.

Demedia.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Aleksandr Şallenberq bildirib.

O, mətbuatda Vyananın NATO ilə əməkdaşlığı artırmaq planları barədə yayılan xəbərlərə münasibət bildirərək bu məsələnin gündəlikdə olmadığını qeyd edib.

“Avstriya neytral dövlətlərin unudulmaması üçün İrlandiya, Malta və İsveçrə ilə məlumat mübadiləsi aparmağa çalışır”, - nazir vurğulayıb.