Xarkov vilayətində şiddətli döyüşlər gedir
Xarkov vilayətində aktiv döyüşlər davam edir. Rusiya qoşunları Donetsk vilayətində irəliləməyə çalışır, Luqansk və Xerson vilayətlərini atəşə tutur.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna mediası regional hərbi idarələrin məlumatlarına istinadən yazır.
Məlumata görə, Xarkov vilayətində vəziyyət stabil olaraq ağırdır. İzyum istiqamətində aktiv döyüşlər gedir, yerli hakimiyyət bəzi yaşayış məntəqələrinin sakinlərini evakuasiya ilə daha fəal olmağa çağırır.
Luqansk vilayətində gecə Severodonetskin yaşayış məntəqələrini, səhər saatlarında Kremennaya şəhərini güclü atəşə tutub. Popasnaya və Rubijnı şəhərlərində mövqe döyüşləri davam edir.