Faşizm üzərində Qələbə Gününün tarixinin dəyişdirilməsi təklif olunur
Gürcüstan parlamentində müxalifəti təmsil edən bir neçə deputat faşizm üzərində Qələbə Gününün mayın 9-u əvəzinə mayın 8-də qeyd olunmasını təklif edir.
Demedia.az “Report”a istinadən xəbər verir ki, parlament üzvləri bununla bağlı ölkənin Əmək Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayıblar.
Layihədə qeyd olunub ki, SSRİ dönəmində yaranmış ənənəyə görə, sovetlər birliyinin süqutundan sonra da Rusiya və postsovet ölkələrində, o cümlədən Gürcüstanda Qələbə Günü mayın 9-da qeyd olunur: “Bu məsələdə Baltikyanı ölkələr və Ukrayna istisna təşkil edir. Bu ölkələrdə Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Çexiya və digər dövlətlərdəki kimi Qələbə Günü mayın 8-də qeyd edilir”.
Layihə müəllifləri mayın 8-nin qeyri-iş günü elan olunmasını təklif edirlər.
Dəyişiklikır layihəsi qanunverici orqanın aprelin 18-də büro iclasında təqdim ediləcək.