Putin Paşinyanla görüşdü



 09:54 09.05.2024     227

Mayın 8-i Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Demedia.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Bildirilib ki, bu, liderlərin 2023-cü ilin dekabrından bəri ilk görüşüdür. Kreml qeyd edib ki, bundan sonra Putinlə Paşinyan arasında faktiki olaraq heç bir əlaqə olmayıb, ona görə də bugünkü söhbət xüsusilə vacibdir.

Rusiya tərəfi həmçinin bəyan edib ki, Moskva ilə İrəvan arasında münasibətlər ağır günlər yaşayır: iki ölkə arasında təmaslar azalıb, Ermənistan nümayəndələri həm Rusiyanı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid edirlər.