Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib



 18:48 09.05.2024     324

Şimali Makedoniya tarixində ilk dəfə qadın prezident seçilib.

Demedia.az xəbər verir ki, ölkənin aparıcı müxalifət partiyası olan “Daxili Makedoniya İnqilab Təşkilatı – Makedoniya Milli Birliyinin Demokratik Partiyası”nın namizədi Qordana Silyanovska-Davkova mayın 8-də keçirilmiş prezident seçkilərinin ikinci turunda səslərin 99,75 %-nin sayılmasından sonra 65,14 % nəticə ilə öndədir.

Ölkənin Dövlət Seçki Komissiyasının (DSK) məlumatına əsasən, seçicilərin 29,25 %-i “Makedoniya Sosial Demokrat İttifaqı”nın dəstəklədiyi hazırkı prezident Stevo Pendarovskiyə səs verib.

Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirərək, seçicilərə dəstəyə görə təşəkkür edib və “bu andan etibarən, respublikanın bütün vətəndaşlarının prezidenti kimi” çıxış edəcəyini bildirib.