Rusiyanın "xüsusi əməliyyat" keçirəcəyi növbəti ölkə MƏLUM OLDU
Rusiyanın “xüsusi əməliyyat” keçirəcəyi növbəti ölkə məlum olub.
Demedia.az xəbər verir ki, bu barədə rusiyalı senator Konstantin Kosaçev danışıb. O, ABŞ-ın bioloji laboratoriyaları Ukraynadan Monqolustana köçürdüyünü açıqlayıb:
“Bu yaxınlarda ABŞ-ın Monqolustanla əlaqə saxladığı və orada bioloji laboratoriyalar qurmağa hazırlaşdığı barədə məlumatlar ortaya çıxdı. Onların Ukraynada bağladıqları laboratoriyaların eynisi olacağına inanmaq üçün ciddi əsaslar var. Onlar üçün vacibdir. ki, Rusiyaya yaxın olsun”, – deyə Kosaçev bildirib.