İqor Konaşenkov: Mariupolda məsciddə saxlanılan müsəlmanlar xilas edilib
Rusiya xüsusi təyinatlıları Mariupoldakı məscidlərdən birində saxlanılan müsəlmanları mühasirədən çıxararaq onları xilas edib.
Demedia.az-ın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general -mayor İqor Konaşenkov bildirib.
“Mariupol şəhərinin azad edilməsi üzrə hücum fəaliyyəti zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın müraciəti əsasında aprelin 16-da Primorski rayonunda Ukraynalı nasistlərin türk məscidində saxladığı girovların azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində məscid mühasirədən çıxarılıb və 29 silahlı, o cümlədən əcnəbi muzdlular məhv edilib. MDB ölkələrindən birinin vətəndaşları olan girovlar azad edilərək təhlükəsiz yerə aparılıb”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.