Ukrayna prezidenti: “Hər ay iqtisadiyyatımızdan 7 milyard dollar azalır”



 13:25 17.04.2022     444

Ölkə büdcəsi müharibəyə görə hər ay 7 milyard dollar itirir.

Demedia.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yerli jurnalistlərə bildirib.

“Suallar çoxdur. Birinci məsələ – hər ay iqtisadiyyatımızdan 7 milyard dollar azalır. Bu 7 milyard dollar əmək haqqı, büdcədən ödənişlər, pensiya və müavinətlərdir. Hazırda bizim kəsirimiz 7 milyard dollardır. Bunu Aİ də bilir, ABŞ da, Biritaniya da, ukraynalılar da" – Zelenski vurğulayıb.