Çexiya Prezidenti: Avropa Rusiyanın konstruktivliyinə eyni şəkildə cavab verəcək



 11:27 12.05.2024     293

Avropa Rusiyanın konstruktiv davranışına eyni şəkildə cavab verəcək.

Demedia.az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel Avstriyanın “Die Presse” qəzetinə müsahibəsində deyib.

“Rusiya nə vaxt konstruktiv davranarsa, Avropa da bunu etməlidir. Əgər Rusiya bizim maraqlarımıza zidd hərəkət edərsə, biz buna müqavimət göstərməliyik. Çünki əks halda bizim həyat tərzimiz və dəyərlərimiz təhlükə altında olacaq”, – siyasətçi vurğulayıb.

Pavel qeyd edib ki, Rusiya ilə qarşıdurma – hərbi olması mütləq deyil – gündəlik həyatın bir hissəsinə çevriləcək. O vurğulayıb ki, Rusiya nümayəndələrinin bəyanatları ciddi qəbul edilməlidir. Prezidentin fikrincə, bəyanatlar “Sovet İttifaqının imperiya əzəmətini, o cümlədən təsir dairəsini bərpa etmək” istəyindən xəbər verir.

“Biz Rusiyanın dinc tərəfdaş olmayacağına hazır olmalıyıq”, – Pavel söyləyib.