Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib



 13:50 12.05.2024     283

Nepallı alpinist Kami Rita 29-cu dəfə Everest dağını fəth edərək, rekordunu yeniləyib.

Demedia.az xəbər verir ki, bu barədə alpinistin çalışdığı, dağ ekspedisiyalarının təşkilatçısı olan “14 Peaks” şirkətinin nümayəndəsi bildirib.

"Bu gün səhər saat 07:25-də (Bakı vaxtı ilə saat 05:40-da) Kami Rita dünyanın ən yüksək dağını iyirmi doqquzuncu dəfə uğurla fəth etdi", - şirkətin nümayəndəsi Taşi Lakpa bildirib.

54 yaşlı alpinist Kami Ritanı və bələdçisini təxminən 30 nəfərdən ibarət komanda müşayiət edib. Onlar mayın əvvəlində Everestin yamacındakı baza düşərgəsinə çatıblar və həmin vaxtdan dağa qalxmaq üçün əlverişli vaxtı gözləyiblər.

Kami Rita Everesti ilk dəfə 1994-cü ildə, 24 yaşında fəth edib. Bugünkü zirvəyə qalxmazdan əvvəl bildirib ki, dağın zirvəsinə ekspedisiyaların sayında konkret məqsədi yoxdur.