Gürcüstanın Baş naziri: Radikal müxalifət parlamentə və polisə qarşı zorakılıqlar planlaşdırır



 17:05 12.05.2024     281

“Radikal müxalifət tərəfindən təşkil edilən və xaricdən maliyyələşən aqressiv gənclərdən ibarət qruplarının sabah və birisi gün Gürcüstan parlamentinə və polisinə qarşı zorakılıq aksiyaları keçirməyi planlaşdırdığı barədə dəqiq məlumatımız var”.

Demedia.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

İ.Kobaxidze müxalifətə xəbərdarlıq edib. O, bildirib ki, zorakılığa görə hər kəs qanun çərçivəsində cavab verəcək. Hüquq-mühafizə orqanları əməkdaşlarını isə maksimum səbir göstərməyə çağırıb.

Onun sözlərinə görə, ABŞ və ya Fransa polisi üçün adi hal olan cinayətkarlara sərt cavab formaları Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları üçün məqbul olmamalıdır.