Bayden Qəzzada atəşkəsin nə vaxt yaradılacağını açıqlayıb



 23:14 12.05.2024     246

Qəzza zolağında atəşkəs Fələstinin HƏMAS hərəkatı saxladığı girovları azad etdikdən sonra başlayacaq.

Demedia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Vaşinqton ştatında özünün seçkiqabağı kampaniyası üçün vəsait toplama tədbirində deyib.

“HƏMAS girovları azad etsə, sabah Qəzzada atəşkəs olacaq”, – Ağ Evin mətbuat xidməti dövlət başçısının sözlərindən sitat gətirib.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.