İrəvanda etirazçılar XİN binasının qarşısına toplaşıblar
İrəvanda etirazçılar ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqların keçirildiyi Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binasının yaxınlığında toplaşıblar.
Demedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, etirazçılar Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinə qarşı çıxırlar.