Litvada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib



 17:12 13.05.2024     263

Litvada keçirilən prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.

Demedia.az xəbər verir ki, ikinci turda hazırkı prezident Gitanas Nauseda (birinci turda 46,08% səs) və Baş nazir İnqrida Simonyte (birinci turda 16,48% səs) mübarizə aparacaq.

Seçiklərin ikinci turu iki həftədən sonra keçiriləcək. Ümumilikdə prezidentlik yarışında səkkiz namizəd mübarizə aparıb.