ABŞ kosmosa casus peyk GÖNDƏRİB
ABŞ “SpaceX” şirkəti tərəfindən kosmosa casus peyki göndərib.
Demedia.az xarici mediaya istinadən xəbər verir ki, casus peyk bu gün Kaliforniyadakı Vandenberq aviabazasından buraxılıb.
Bildirilir ki, casus peyk ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış qurğunu daşıyır.
Texniki problemlər və hava şəraiti səbəbindən peykin buraxılışı 2 dəfə təxirə salınıb.
Qeyd edək ki, kəşfiyyat peykləri də adlandırılan casus peyklər hərbi və ya kəşfiyyat avadanlığlarını daşıyır, kosmosu yox, yeri skan edir.