Putin Moskvada Paşinyanla GÖRÜŞƏCƏK
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya hazırlaşır.
Demedia.az xəbər verir ki, bu barədə bazar günü “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.
Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə Moskvaya rəsmi səfər edəcək. Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri ilə görüşəcək.
“Mövcud beynəlxalq vəziyyətdə bu səfər xüsusi əhəmiyyət kəsb edən hadisədir”, – deyə proqramda qeyd olunub.