Şimali Koreya yeni raket sınağını həyata keçirdi
Şimali Koreya Kim Çen Inın nəzarəti altında yeni tip taktiki idarə olunan raket sınağının uğurla həyata keçirib.
Demedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi “KCNA” məlumat yayıb.
Açıqlamada sınağın nə vaxt keçirildiyi barədə dəqiq məlumat verilməsə də, “yeni tipli taktiki idarəolunan raket sistemi”nin uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünün və səmərəliliyinin artırılmasında böyük əhəmiyyətə malik olduğu bildirilib.
Cənubi Koreya dünən axşam saat 18:00 radələrində Pxenyanın 2 raket atdığını təsdiqləyib. Bildirilib ki, Yapon dənizi istiqamətində atılan raketlər 25 km hündürlüyə çatıb, 110 kilometr məsafə qət edib və səs sürətindən 4 dəfə yüksək sürətə çatıb.
Qeyd edək ki, son raket sınağı ilə Şimali Koreyanın bu il keçirdiyi raket sınaqlarının sayı 12-yə yüksəlib.
Xatırladaq ki, Pxenyan administrasiyası keçən cümə günü Şimali Koreyanın qurucu lideri Kim İr Senin anadan olmasının 110-cu ildönümü ilə əlaqədar olaraq yeni qitələrarası ballistik raketin sınağını keçirə biləcəyini bildirib.
Digər tərəfdən ABŞ-ın müttəfiqləri Cənubi Koreya və Yaponiya ilə bölgədə keçirdiyi təlimlərə cavab olaraq Şimali Koreyanın yeni təxribatçı addımlar ata biləcəyi proqnozlaşdırıdı.